Şənbə , May 11 2024
Ana səhifə / Media / Camaat plastik üzlükləri sökür

Camaat plastik üzlükləri sökür

Bu gün Binəqədi rayonunda baş verən və 16 nəfərin ölümünə, 60-dan artıq adamın xəsarət almasına səbəb olan dəhşətli yanğın paytaxt əhalisində ciddi təşviş yaradıb. Onların bir qismi yanğına bu yaxınlarda köhnə binaların fasadına çəkilmiş plastik üzlüklərin səbəb olması səbəbində bəzi tədbirlə görmək fikrinə düşərək öz binalarının fasadına çəkilmiş plastik üzlükləri qoparmağa başlayıblar. Gördüyünüz şəkil 8-ci kilometr qəsəbəsində çəkilib.

Qeyd edək ki, bundan əvvəl Xətai rayonunda bənzər yanğın baş verib və yanğınsöndürənlərin bütün səylərinə baxmayaraq, pambıq tayası kimi od tutub yanan binanı söndürmək mümkün olmayıb.

Həmçinin oxuyun

Gündəlik qəzetlərin sayı artır, həftəlik qəzetlərin sayı azalır

Bu ilin ilk 3 ayı ərzində Azərbaycanda 327,37 min manatlıq həftədə dörd dəfədən az olmayaraq …

Bir cavab yazın