Bazar ertəsi , May 6 2024
Ana səhifə / Media / Bütün şagirdlər planşetlərlə təmin olunacaq

Bütün şagirdlər planşetlərlə təmin olunacaq

Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasına əsasən, 2020-ci ilə qədər ümumtəhsil məktəblərində təhsil alan bütün şagirdlər planşetlərlə təmin olunacaq.
Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorundan verilən məlumata görə, bunu təhsil nazirinin müavini Firudin Qurbanov Xaçmaz şəhərində şimal bölgəsi rayonlarının təhsil işçiləri ilə görüşündə deyib.
Nazir müavini qeyd edib ki, son 10 ildə ölkədə 3 mindən çox yeni məktəb binası tikilib və əsaslı təmir edilib.
Nazir müavini təhsil sistemində tədrislə yanaşı, əsas diqqətin təlim-tərbiyə məsələlərinə, müəllim-şagird münasibətlərinə yönəldiyini və bu işlərin yerinə yetirilməsində müəllimlərin üzərinə böyük vəzifələr düşdüyünü qeyd edib.
F.Qurbanov təhsil sahəsində tərbiyənin inkişaf istiqamətləri, məktəbdənkənar fəaliyyətin təşkili, təkmilləşdirilməsi, xüsusilə vətənpərvərlik tərbiyəsinin rolu və sağlam həyat tərzi ilə bağlı nazirliyin həyata keçirdiyi layihələr haqqında da məlumat verib. (Trend)

Həmçinin oxuyun

Siyasi təzyiq altında olan jurnalistika: Azərbaycan yenə siyahıda geriləyib

əşkilat bütün dünyada jurnalistlərə təzyiqlərin artdığını deyir Sərhədsiz Reportyorlar Təşkilatı (RSF) illik media azadlığı hesabatını açıqlayıb. …

Bir cavab yazın