Çərşənbə , May 8 2024
Ana səhifə / Media / Baş pediatr: “Süni qidaların reklamı dayandırılmalıdır”

Baş pediatr: “Süni qidaların reklamı dayandırılmalıdır”

“Ana südünü əvəz etmək istəyənlər süni qidanın əsassız reklamının yayılmasını dayandırmalıdır”.

Belə ki, bunu ölkənin baş pediatrı Nəsib Quliyev ET Pediatriya İnstitutunda (OMD) Azərbaycanda ana südü ilə qidalandırma həftəsinin başlanması ilə əlaqədar keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, körpələrə süni qidalar ancaq həkim resepti və göstərişi əsasında verilməlidir: “Ona görə süni qidaların əsassız şəkildə reklamlarından uzaq olmaq lazımdır”.

N.Quliyev qeyd edib ki, körpələrin təbii ana südü ilə qidalanmasını təmin etmək əsas məqsədlərdən biridir: “Ölkədə ana südü ilə qidalanma göstəricisi 1992-ci ildə 1 yaşa qədər olan körpələr arasında 25 faiz təşkil edirdisə, hazırda bu rəqəm 50 faizdir. Bu rəqəm bölgələrdə 50 faizdən yuxarıdır. Bu gün qeyd olunan göstəricinin ilk 6 ay ərzində bir az da olsa artırmaq niyyətindəyik”.

Həmçinin oxuyun

Gündəlik qəzetlərin sayı artır, həftəlik qəzetlərin sayı azalır

Bu ilin ilk 3 ayı ərzində Azərbaycanda 327,37 min manatlıq həftədə dörd dəfədən az olmayaraq …