Cümə axşamı , May 9 2024
Ana səhifə / Media / Bakının təhlükəli çimərlikləri

Bakının təhlükəli çimərlikləri

“Bakıda bəzi çimərliklərdə suyun tərkibində insan orqanizmi üçün təhlükə törədən bakteriyalar var”.

Milli.Az  xəbər verir ki, bunu Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Sanitar şöbə müdiri Ziyəddin Kazımov deyib.

Şöbə müdirinin sözlərinə görə, belə bakteriyalar Bakının “Sahil” və “Şıx” çimərliklərində aşkar edilib:

“Biz bunu hələ mövsümün əvvəlində aşkar etmişik və o vaxtdan bəri, hələ ki, müsbət dəyişiklik baş verməyib”. – deyə o bildirib.

Z.Kazımov əlavə edib ki, adıçəkilənlərdən başqa digər çimərliklərdə hər hansı təhlükəli məqam aşkar edilmədiyindən insanlar oralarda rahat istirahət edə bilərlər.

Həmçinin oxuyun

Gündəlik qəzetlərin sayı artır, həftəlik qəzetlərin sayı azalır

Bu ilin ilk 3 ayı ərzində Azərbaycanda 327,37 min manatlıq həftədə dörd dəfədən az olmayaraq …

Bir cavab yazın