Çərşənbə , May 8 2024
Ana səhifə / Media / Bakıda təhlükəli sərnişin avtobusu – FOTOLAR

Bakıda təhlükəli sərnişin avtobusu – FOTOLAR

Vətəndaş Aqil Əzizovun “Bizimyol.info” saytına verdiyi məlumata görə, Qaradağ rayonu, Lökbatan qəsəbəsinə işləyən 111 saylı qəsəbədaxili marşrut avtobusları bərbad vəziyyətdədir. Təhlükəli və narahat avtobuslar sərnişinlərin həyatını riskə atır.

A.Əizizov bu problemlə bağlı dəfələrlə aidiyyatlı orqanlara müraciət etdiyini və şikayətinə baxılmadığını dedi:
“Müraciətimdə məqsəd sərnişinlərin avtobuslarla rahat və təhlükəsiz gediş-gəlişi üçün sərnişindaşımalarda istifadə edilən avtobusların müasir tipli nəqliyyat vasitələri ilə əvəz edilməsidir”.

Lökbatan sakini sərnişindaşımada istifadə edilən 111 saylı qəsəbədaxili marşrut avtobuslardan birinin salonunun şəkillərini çəkib bizə göndərib.Bizimyol.info həmin şəkilləri təqdim edir:

Həmçinin oxuyun

Gündəlik qəzetlərin sayı artır, həftəlik qəzetlərin sayı azalır

Bu ilin ilk 3 ayı ərzində Azərbaycanda 327,37 min manatlıq həftədə dörd dəfədən az olmayaraq …

Bir cavab yazın