Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Media / Bakıda mənzil ucuzlaşır, ev alanlar azalıb

Bakıda mənzil ucuzlaşır, ev alanlar azalıb

Ötən ay köhnə mənzillərin qiyməti 3,5 faiz ucuzlaşıb.

Qafqazinfo” “Bizim yol” qəzetinə istinadən bildirir ki, “MBA Ltd” qiymətləndirmə və konsaltinq şirkətinin monitorinq qrupunun məlumatına görə, may ayında təkrar yaşayış mənzil bazarında satışa təklif olunan yaşayış mənzillərinin hesablanmış orta təklif qiyməti 1689 $/kv.m-dən -3.49 faiz azalaraq 1630 $/kv.m-ə qədər düşüb. Milli valyuta ilə isə ay ərzində 1770 AZN/kv.m-dən -3.47 faiz azalaraq 1709 AZN/kv.m bəndində qərarlaşıb.
Konsaltinq şirkəti bildirir ki, qiymət azalmasını aprel ayında olduğu kimi may ayında da alıcılıq qabiliyyətinin zəifləməsi ilə əlaqələndirmək olar.
Son aylarda əmlak bazarında baş verən proseslər bazara satış məqsədi ilə təklif olunan mənzillərin sayına da təsirsiz ötüşməyib. May ayında bazarın bu seqmenti üzrə təklif həcmi -9.4 faiz azalıb. Aprel ayında ümumi təkliflərin sayı 1726 olduğu halda, bu rəqəm may ayında 1564 təşkil edib. Təkrar mənzil bazarında qeydə alınan ümumi təkliflərin sayı ötən ilin müvafiq ayı ilə müqayisədə -25.0 faiz azalıb. Nəsimi, Nərimanov və Yasamal rayonlarının təklif portfelindəki payı mütləq çoxluq təşkil edib və onların ümumi payı 55.3 faizə bərabər olub.
Bazarın bu seqmenti üzrə təklif edilən mənzillərin əksər hissəsi 1500 $/kv.m qiymətindən aşağı olan ucuz mənzillərdir. Bu dəyərdə olan mənzillər ümumi portfelin 41.2 faizini təşkil edir və qeydə alınan orta bazar qiyməti 1217 $/kv.m-dir. Ümumi təklif portfelinin 41.0 faizi 1500-2000 $/kv.m qiymət diapazonu arasında yerləşən mənzillərin payına düşür.
Bazardakı bahalı mənzillər, yəni hər kvadrat metrinin dəyəri 2000 $/kv.m-dən çox olan mənzillərin bazardakı payı isə 17.8 faiz təşkil edir. Bahalı növ mənzillərdə qeydə alınan orta bazar qiyməti isə 2348 $/kv.m olub.
Otaqlar üzrə mənzillərin vəziyyətinə gəldikdə, məlumatda qeyd olunur ki, 1, 3 və 5 otaqlı mənzillərin sayında azalma baş verib. Təklif üzrə ən çox azalma 5 otaqlılar üzrə qeydə alınıb. 2 və 4 otaqlı mənzillərin təklif üzrə payında isə artım müşahidə olunub. Təkliflə yanaşı, otaqlar üzrə qiymət azalması 2 otaqlı mənzillərdən başqa digər müxtəlif otaqlı mənzillərdə baş verib.
Aparılan araşdırmalara əsasən “eksperimental”, “leninqrad”, “xruşşov” və “yeni tikili təmirli” layihəli binaların təklif portfelindəki payı bu ayda mütləq çoxluq təşkil edib, müvafiq olaraq 11.64 faiz, 13.41 faiz, 9.78 faiz və 42.47 faiz.
Ötən ay əksər layihələrdə nisbi qiymət azalması müşahidə olunub. Ay ərzində ən çox qiymət azalması Xruşşov layihəsində qeydə alınıb (-7.45 faiz). Bazarda mənzillərin 1 kv.m-nin orta qiymətindən (1630 ABŞ dolları) aşağı olan mənzillər ümumi portfeldə daha çox paya, yəni 52.15 faizə malikdir. Mənzillərin orta sahəsi 82.0 kv.m, orta otaq göstəricisi isə 2.46 təşkil edir.
Hər otağın orta satış qiyməti 54,5 min ABŞ dolları, mənzilin orta qiyməti isə 134,09 min ABŞ dolları təşkil edib.
Ay ərzində rayonlar üzrə qiymət dəyişməsi mövcud tələbə uyğun baş verib. Rayonlar üzrə orta bazar qiymətləri aşağıdakı kimi formalaşıb:
Abşeronda qiymət  – 7.23 faiz
Binəqədi  – 3.75 faiz
Nərimanov   – 5.34 faiz
Nəsimi – 3.79 faiz
Nizami  -5.42 faiz
Qaradağ  0.10 faiz
Sabunçu 0.16 faiz
Səbail  -8.56 faiz
Suraxanı  – 3.88 faiz
Xətai – 1.19 faiz
Xəzər  -10.76 faiz
Yasamal  1.26 faiz
Aprel ayında aktivlik əmsalına görə ən cəlbedici rayonlar Xətai, Yasamal və Nərimanov rayonları olub
Şirkətin məlumatına görə, təkrar yaşayış mənzil bazarında kvadrat metrin qiymətinə görə təklif olunan ən bahalı mənzil “stalinka” layihəli 3 otaqlıda qeydə alınıb. Nizami küçəsində (Torqovı) yerləşən 72 kv.m sahəyə malik olan, yaxşı təmirli mənzilin kvadrat metrinin satışa təklif olunan qiyməti 4600 USD təşkil edib. Ən ucuz mənzil isə Abşeron rayonunda, Xırdalan qəsəbəsində yerləşən 78 kv.m-lik sahəyə malik “yeni tikili” layihəli, 1 otaqlı mənzildə qeydə alınıb – 685 USD/kv.m.

Həmçinin oxuyun

Sosial şəbəkə istifadəçilərinə və KİV nümayəndələrinə XƏBƏRDARLIQ

2020-ci il sentyabrın 27-dən başlayaraq cəbhənin bütün istiqamətlərində Azərbaycan Ordusu uğurlu əks-hücum əməliyyatlarını davam etdirərək …

Bir cavab yazın