Şənbə , May 11 2024
Ana səhifə / Media / AZƏRİŞIQ ASC tərəfindən Cəlilabadda yenidənqurma işləri aparılır

AZƏRİŞIQ ASC tərəfindən Cəlilabadda yenidənqurma işləri aparılır

Cəlilabad rayonunda 117 kənd, 2 şəhər vardır. Rayon əhalisinin sayı isə iki yüz on üç min (213 000) nəfərdir.

Azərişıq ASC yaradıldıqdan sonra ASC-nin sədri Baba Rzayev bölgələrdə elektrik şəbəkələrində yenidənqurma işlərinə başlamışdır. 2016-cı ilin əvvəllərində Cəlilabad rayon 110/35/10 kv-lıq yarım stansiyasında yeni 31,5 mvba trasformator qoyulmuşdur. Əhalinin fasiləsiz enerji ilə təmin edilməsi və elektrik enerjisinin dayanıqlığı və etibarlılığı üçün bugün 110/35/10 yarımstansiyasında 16 mvba trasformator çıxarılaraq onun yerinə yenicə gətirilmiş 31,5 mvba trasformatorun quraşdırılması işləri aparılır.

Həmin bu 2 trasformator 36 760 abonentə xidmət edəcəkdir. O cümlədən Cəlilabad şəhərində 9660, Göytəpə şəhərində 2900, rayonun kəndlərində isə 24200 abonent fasiləsiz enerji ilə təmin oluacaqdır.

Bu işlərdən əlavə rayonun kəndlərində yeni elektrik xətləri çəkilir, ağac dayaqlar beton dirəklərlə əvəz edilir, yeni müasir tipli kəndlərin gücünə uyğun trasformatorlar qoyulur. Uzuntəpə kəndində isə 35/10 kv-lıq yarımstansiyası tikilmiş və trasformator ilə təmin edilmişdir.

Cəlilabad şəhərində olan 9660 abonentə smart kart tipli sayğaclar quraşdırılmışdır. Alar kəndində isə 1700 nəfər abonentə smart tipli sayğac quraşdırılmışdır.

Azərişıq ASC Cəlilabad rayonunda əhalinin elektrik enerjisini təmin etmək üçün böyük quruculuq işləri aparır. Əhali verilən enerjini dəyərinin ödənilməi işində böyük fəallıq göstərməlidir ki, bu da bizim elektrik sahəsində inkişafımız və gələcəyimizin etibarlılığı deməkdir.

Cəlilabad əhalisi rayon elektrik şəbəkəsində aparılan quruculuq və yenidənqurma işlərinə görə AZƏRİŞIQ ASC kollektivinə böyük minnətdarlıq edir. Bu işdə əməyi olan hər bir mütəxəssisə öz minnətdarlıqlarını bildirirlər.

Prezident İlham Əliyevin AZƏRİŞIQ ASC qarşısında qoyduğu tapşırıqlar layiqincə həyata keçirilir.

Həmçinin oxuyun

Gündəlik qəzetlərin sayı artır, həftəlik qəzetlərin sayı azalır

Bu ilin ilk 3 ayı ərzində Azərbaycanda 327,37 min manatlıq həftədə dörd dəfədən az olmayaraq …

Bir cavab yazın