Ana səhifə / Media / Azərbaycanlı jurnalistlərin Kəlbəcərdə şəhid olmalarından iki il ötür

Azərbaycanlı jurnalistlərin Kəlbəcərdə şəhid olmalarından iki il ötür

Bu gün AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və Azərbaycan Televiziyasının (AzTV) operatoru Sirac Abışovun şəhid olmalarından iki il ötür.

Belə ki, xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcərə ezam olunmuş bir qrup jurnalisti aparan “KamAZ” markalı sərnişin avtomobili ötən il iyunun 4-də rayonun Susuzluq kəndində tank əleyhinə minaya düşüb.

Nəticədə çəkiliş qrupunun iki üzvü – S.Abışov və M.İbrahimov, habelə Kəlbəcər Rayon İcra Hakimiyyətinin nümayəndəsi Arif Əliyev şəhid olub, daha 4 nəfər isə yaralanıb.

Həmçinin oxuyun

Deputat “KVN”-çi televiziya rəhbərlərini tənqid etdi: Murad və Vado kimilər…

Deputat Etibar Əliyev “Planet Parni iz Baku”nun iştirakçılarını sərt tənqid edib. Millət vəkili öz Facebook …