Şənbə , May 11 2024
Ana səhifə / Bölgələr / Naxçıvan Dövlət Universitetinin tədris və tədqiqat imkanları genişləndirilir

Naxçıvan Dövlət Universitetinin tədris və tədqiqat imkanları genişləndirilir

Naxçıvan Dövlət Universiteti üçün yeni kampus, elm və araşdırma xəstəxanası tikiləcək, ingilis dili təmayüllü orta məktəb fəaliyyətə başlayacaq.

Bu barədə universitetin rektoru Elbrus İsayev bildirib.

Rektor qeyd edib ki, bu layihələrin icrasına yaxın vaxtlarda başlanılacaq və universitetin tədris, elmi-tədqiqat imkanları daha da genişləndiriləcək.

Qeyd edək ki, hazırda Naxçıvan Dövlət Universiteti Azərbaycan universitetləri arasında ən böyük tədris kampusuna malik universitetdir.

Universitet Böyük Britaniyanın “Times Higher Education” nəşri üzrə dünya universitetlərinin reytinqin siyahısında da yer alır. Universitetdə 2 mindən artıq əcnəbi tələbə təhsil alır.//Report

Həmçinin oxuyun

DİM-in Naxçıvandakı regional bölməsi ləğv olundu

“Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi Publik Hüquqi Şəxsin Naxçıvan Muxtar Respublikası Regional Bölməsi” Publik Hüquqi …