Ana səhifə / Media / Azərbaycanda hər media orqanı özü-özünü dolandıra bilərmi? – Video

Azərbaycanda hər media orqanı özü-özünü dolandıra bilərmi? – Video

Son bir neçə ay ərzində Azərbaycanda fəaliyyət göstərən bir qrup jurnalist hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Onların demək olar ki, hamısına Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, əksəriyyətinin barəsində həbs qətimkan tədbiri seçilib. Jurnalistlər isə ittihamları qəbul etmir, həbslərinin jurnalist fəaliyyətləri, apardıqları korrupsiya araşdırmaları ilə əlaqədar olduğunu bildirirlər.
Bəs Azərbaycanda media orqanları, qəzetlər, saytlar necə maliyyələşirlər? Dəqiq, qərəzsiz, etibarlı və oxunaqlı olmaq reklamlar vasitəsilə maliyyələşmək üçün kifayətdirmi? Rüşvəti, korrupsiyanı üzə çıxaran media özü-özünü dolandıra bilərmi?
“Azadlıq radiosu” “İzahla” verilişində bu suallara cavab axtarıb.
“Vaxt olub Azərbaycanda bəzi qəzetlərin illik reklam büdcəsi yüz min dollarlarla ölçülüb. Müxalifət, müstəqil qəzetlər satışdan da pul qazanıb söz azadlıqlarını saxlaya bilirlərmiş. Amma o vaxt da hakimiyyət rəsmi senzuralarla medianın tənqidlərinə nəzarət edirmiş”, – bunu “Turan” agentliyinin direktoru Mehman Əliyev deyib.
O bildirib ki, 1998-ci ildən bu senzura iqtisadi senzura ilə əvəzlənib:
“Onlar bütövlükdə reklam bazarını elə vəziyyətə salıblar ki, həmin o medialar onlardan asılı olsun. Reklamı da özləri verirlər. Bilirlər kimə nəqədər verirlər. Bu formada idarə etmək nəzarətdir, senzuradır”.
Daha ətraflı:

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …