Ana səhifə / Media / ATV-ni daha bir jurnalist tərk etdi (FOTO)

ATV-ni daha bir jurnalist tərk etdi (FOTO)

“Azad Azərbaycan” Müstəqil Teleradio Şirkətinin (ATV) “Xəbərlər” Departamentinin daha bir jurnalisti telekanaldakı fəaliyyətinə son verib. Müxbir Səbuhi Turan 8 il çalışdığı “ATV Xəbər”dən ayrıldığını açıqlayıb.   

Bu barədə jurnalistin özü məlumat verib. 

S.Turan, bundan sonra fəaliyyətini SOCAR-ın Təhlükəsizlik İdarəsində rəis müşaviri kimi davam etdirəcəyini bildirib:

“Dostlar, 8 il çalışdığım ATV kanalından ayrıldım. Bir çox uğurlara imza atdığımız ATV Xəbər kollektivi hər zaman mənim üçün doğma olacaq. Ən bacarıqlı tele-jurnalistlər ilə bir yerdə çalışdığım üçün qürur duyuram. Bundan sonra SOCAR-ın Təhlükəsizlik İdarəsində rəisin müşaviri olaraq yenə də mediadakı dostlar ilə sıx əməkdaşlıq edəcəyik. Hər birinizə uğurlar!”

Sebuhi Turançı adlı şəxsin şəkli.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …