Bazar ertəsi , Yanvar 25 2021
Ana səhifə / Media / 30 il zəmanət verilən Bakı-Sumqayıt yolu dağıldı

30 il zəmanət verilən Bakı-Sumqayıt yolu dağıldı

2010-cu ildə tam istismara verilən Bakı-Sumqayıt (Bakı-Quba-Rostov) yolu dağılıb.

Musavat.com-un xəbərinə görə, bir neçə gündür yolda təmir işlərinə başlanıb. Yola istismardan əvvəl 30 il zəmanət verilsə də, hazırda bərbad durumdadır. Əməkdaşımız yolun təmirə bağlanan hissəsində olub və vəziyyətlə maraqlanıb.

“Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli musavat.com-a bildirib ki, yolun sökməsinin səbəbi bilinmir: “Çökdü də, hadisədir, oldu”. Onun sözlərinə görə, yoldan ağır tonnajlı yük maşınlarının keçməsi də dağılmaya imkan yaradan faktorlardan biridir: “Bunu daha yaxşı yol mühəndisləri deyə bilərlər. Yol tikilərkən bir neçə ton yükə hesablanır. Ancaq bəzi ağır tonnajlı yük maşınları, xüsusən Quba istiqamətindən Bakıya doğru hərəkət edən, daş karxanalarından gələn yük maşınları normadan artıq yüklənir. Bu da normadan artıq yüklənəndə istənilən avtomobil yolunun sıradan çıxmasına gətirir. Yola 30 il istismar müddəti qoyulması o demək deyil ki, bu müddət ərzində orada heç bir təmir işi aparılmayacaq”.

Onun sözlərinə görə, dağılan 1 kilometr məsafə təmir edildikdən sonra digər hissənin təmirinə başlanılacaq. Təmir işləri Ceyranbatan qəsəbəsindən Saray postu deyilən əraziyə qədər aparılacaq. Təmirdən sonra həmin yola ağır tonnajlı maşınların hansı şərtlərlə buraxılmasına gəldikdə isə A.Nəcəfli bildirib ki, bu, onların səlahiyyətində olan məsələ deyil: “Orada müəyyən deformasiyaya uğramış hissələr var. Təmir işləri vacib idi”.

 

Həmçinin oxuyun

Əli Həsənovun jurnalisti şantaj etməsinə reaksiya: “Görün, qafası dünən necəymiş…“

Prezidentin keçmiş köməkçisi Əli Həsənovun adı ətrafında növbəti dəfə qalmaqal yaranıb. Belə ki, Həsənov bu …

Bir cavab yazın