Sosial şəbəkədə biz:

Röya Könül Xasıyevanı müdafiə etdi: “Hər nəslin Xalq artistidir”

Röya Könül Xasıyevanı müdafiə etdi: “Hər nəslin Xalq artistidir”
Xəbər Şəkli
19 November 2026, 09:12
Mədəniyyət

Xalq artisti Könül Xasıyevanın içkili məkanda konsert proqramı ilə çıxış etməsi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Sözügedən görüntülər yayıldıqdan sonra izləyicilər iki cəbhəyə bölünüb. Xanəndənin bu addımını tənqid edənlərlə yanaşı, ona haqq qazandıraraq dəstək olanlar da az olmayıb.

Müğənni Röya Ayxan da müzakirələrə qoşularaq Könül Xasıyevanı müdafiə edib. O, sosial şəbəkədəki şərhində xanəndənin zəhmətkeş sənətkar olduğunu vurğulayaraq onun çıxışının bəyənildiyini bildirib.

“Könül xanım üzərində çalışan sənətkarlardandır və o gecə orada olan dostlarımız çıxışı çox bəyənib, hətta yeni aranjimanlar eşidiblər. Bir sözlə, bizim canımıza hər şey yaraşır. Hər nəslin Xalq artistidir”, – deyə Röya yazıb.

Musavat.com