Sosial şəbəkədə biz:

Müşviq və İlkin yenidən eyni layihədə - FOTO

Müşviq və İlkin yenidən eyni layihədə - FOTO
Xəbər Şəkli
11 November 2026, 11:03
Mədəniyyət

Aktyorlar Müşviq Şahverdiyev və İlkin Misgərli yenidən eyni layihədə yer alacaqlar.

Müşviq Şahverdiyev sosial şəbəkə hesabında İlkin Misgərli ilə fotosunu paylaşaraq izləyicilərinə yeni layihəylə bağlı anons verib.

O, paylaşımında tezliklə möhtəşəm layihə ilə tamaşaçıların qarşısına çıxacaqlarını bildirib.

Qeyd edək ki, Müşviq Şahverdiyev və İlkin Misgərli daha əvvəl “Xəzər TV”də yayımlanan “Biş-düş” proqramında birgə çalışıblar. Bir müddət sonra İlkin Misgərli layihədən ayrılıb. (Axşam.az)