Əməkdar mədəniyyət işçisi, aşıq Zülfiyyə İbadova insanların yalan danışdığını bildiyi halda necə davrandığını açıqlayıb.
Sənətçi bu barədə “İncə səhər” verilişində danışıb. O, yalan danışan insanlara çox vaxt gülümsəyərək reaksiya verdiyini bildirib:
“İnsanları tanıyıram. Kiminləsə söhbət edirəm. Adım qədər əminəm ki, məsələn, onun danışdığı bu söhbət yalandır. Amma sadəcə gülürəm, yola verirəm. Yola verə bilmədiklərimi isə yola salıram, gedir”.