8 km ərazisində, “Xan bağı” restoranı ilə üzbəüz “Nanə” adlı səliqəli bir kafe fəaliyyət göstərir. İnasfən demək lazımdır ki, kafedəki xidmət və təklif olunan yeməklərin keyfiyyəti yüksək səviyyədədəir. Ancaq maraqlı hal bundan ibarətdir ki, bu kafe ən yüksək gərginlikli elektrik xətlərinin düz altında fəaliyyət göstərir. Məlum olduğu kimi, belə xətlərin keçdiyi ərazinin bir neçə metrliyində nəsə inşa etmək qanunvericiliklə qadağan olunur. Ancaq “Nanə”nin belə zonada fəaliyyət göstərməsi oranın xidmətindən istifadə edən 100-lərlə sakinin həyatı üçün potensial təhlükə mənbəyinə çevrilir. Yəqin ki, əlaqədar qurumlar, insanların həyatı üçün təhlükə mənbəyi sayılan bu vəziyyətlə dərindən maraqlanacaqlar. Azinforum.az-ın apardığı araşdırmalardan sonra məlum olub ki, obyektin sahibi əslən Gürcüstandan olan bir sahibkardı, lakin onlardan kimsə mövzu ilə bağlı ünvanladığımız sorğunu cavablandırmaq istəmədi.
Rövşən ƏLİ,
Azinforum.az