Ana səhifə / Manşet / Şəhid Nurəddin Mirzəzadənin anım mərasimi qeyd edilib – FOTOLAR

Şəhid Nurəddin Mirzəzadənin anım mərasimi qeyd edilib – FOTOLAR

Bu gün sıravi əsgər Nurəddin Mirzəzadənin şəhid olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan oğlu 2022-ci ilin noyabrın 25-də Kəlbəcər rayonunun Zar kəndində xidməti vəzifəsini yerinə yetirərkən 19 yaşında şəhidlik zirvəsinə ucalıb. Nurəddin dörd ayın əsgəri idi və qısa müddətdə intizamlı olması ilə hərbi hissədəkilərin rəğbətini qazanmışdı.

Nurəddin Mirzəzadənin anım günü münasibətilə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri və şöbə müdirləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri şəhidin Zığ qəsəbəsi Dədə Qorqud Şəhidlər Xiyabanında məzarını ziyarət ediblər. Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov şəhid Nurəddinin valideyinlərinə təskinlik verdi. Ə.Əzizov qeyd etdi ki, şəhidlərin çanı-qanı bahasına Azərbaycanın ərazi bütövlüyü təmin edildi, işğala son qoyuldu. Şəhidlər bu ölkə üçün lazım olanından da artığını edib.

Daha sonra şəhid Nurəddin Mirzazadə üçün Bakıxanov qəsəbəsində yerləşən İmam Rıza Məscidində ehsan mərasimi verilib. Mərasim başlamazdan əvvəl şəhidlər bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın dövlət himni səslənib. Mərasimdə şəhidin yaxınları, doğmaları, dostları, rayon sakinləri, şəhid valideyinləri və digər şəxslər iştirak ediblər.

Vidadi ORDAHALLI

Azinforum.az

Həmçinin oxuyun

16 saylı yataqxananın sakini: “Heyvanı da bura bağlasan, qalmaz”

“Hökumət çarəsizliyimizi görüb bizi ölümə məhkum eləməsin” “Jurnalistlər gəlir, çəkir, gedir icra hakimiyyətindən soruşur, maraqlanır …