Çərşənbə , May 8 2024
Ana səhifə / Manşet / Radikal mövqeli Bəxtiyar Hacıyev müəmması- FHN-lə dost, DİN-lə düşmən, necə olur…

Radikal mövqeli Bəxtiyar Hacıyev müəmması- FHN-lə dost, DİN-lə düşmən, necə olur…

Biz jurnalistik, işimiz həm də gündəm hadisələrinə münasibət bildirmək, baş verənləri təhlil etməkdir. Razıyam ki, heç də bütün jurnalistlər bunu etmir. Çünki əksər hallarda düzü yazdığın üçün kiminləsə mübahisəyə girməli, kiminsə marağına toxunmuş olursan. Buna da vaxtın, əsəbin və enerjin gedir.

Bəzi həmkarlarımız isə sadəcə belə mövzularda yaza bilmir. Onların içində məhz gündəm mövzularını sosial şəbəkələrdə təhlil etmək adı ilə öhdəlikləri olanlar da az deyil. Ancaq onların da əksəriyyəti “aç qulağım, dinc qulağım” prinsipi ilə hərəkət edirlər.

Bu səbəbdən də, yaxşı olar ki, yazdıqlarmızı oxuyub, maariflənısiniz. Axı niyə sizə təqdim olunan pulsuz xidmətdən imtina edirsiniz? Yazdığımı bəyənmirsinizsə, mövzuya aid fikirinizi bildirin, daha özünüzü mənim fəaliyyətimi təftiş edəcək kimi səviyəyə qalxmış hiss edib, şəxsimə aid ritorik suallar ünvanlamayın. Məmur zad deyiləm ki, mənə qarşı şantaj priyomlarından istifadə edəsiniz.

Mənim nə yazmaq, kimdən yazmaq kimi heç bir öhdəliyim də yoxdur. İndiyə qədər nə yazmışamsa, hansı addımı atmışamsa hamısının məsuliyyətini daşıyıram və bundan sonra da daşıyacam. Buna əmin olun!

Bəxtiyar Hacıyev və Vüsalə Mahirqızı əməkdaşlığı ilə bağlı yazdığım yazı ilə əlaqəli verilən bəzi reaksiyalar məni mövzuya aid olmayan bu zəruri girişi verməyə vadar etdi.

Bəxtiyar hazırda türmədədir. Belə adamdan yazmaq düz deyil, çünki özünü müdafiə etmək imkanı yoxdur. Onun azadlığa çıxmasını hamıdan çox mən istəyirəm ki, bu ciddi fakta şəxsən aydınlıq gətirəydi. Amma ortada bomba kimi partlayan bir səs yazısı var. Bu, şəxsi həyata aid olan məsələ deyil ki, üstündən keçilsin, müzakirəsi ayıb sayılsın.

Xahiş edirəm bu mövzu ilə bağlı mənə olan iradlarınızı sonraya saxlayın. Şəxsən mən Bəxtiyarın həbsinin motivlərini müzakirə etmək istəmirəm. Onunla bağlı yayılan səs yazısının necə əldə olduğunu dəqiqləşdirməyə vaxtım da yoxdur. Mən ortada olan fakta qiymət verirəm.

Dünən mən Bəxtiyar-Vüsalə əməkdaşlığının mənəvi aspektinə toxundum. Ancaq bunun çox ağır bir siyasi tərəfi də var. Səs yazısından aydın görünür ki, Bəxtiyarla FHN-in ən yüksək səviyyəli rütbəliləri arasında çox yaxın münasibət var. Orada adı çəkilən Rəfael müəllim Kəmaləddin Heydərovun müavinidir.

Maraqlı olan bilirsiniz nədir? Bəxtiyar həmin dairə ilə Mahirqızı vasitəsilə əməkdaşlıqda , hətta qurumin cəmiyyətdəki imicinin gücləndirilməsi ilə bağlı fəaliyyət içində olubsa, onda FHN rəhbərliyinə ünvanlanası çoxlu suallar var. Bilirsiniz, niyə məhz onlara? Çünki Vüsalə xanım bu məsələdə sadəcə körpü rolunu oynayıb.

Hakimiyyətin daxilində güclü məmur qruplaşmalarının olduğu hamıya bəllidir. Onlardan ən qüdrətlilərindən biri də Kəmaləddin Heydərov və onun klanıdır. Götürək ki, Kəmaləddin Heydərovun “dobrosu” ilə Bəxtiyar onlarla əməkdaşlıq edib. Maraqlı sual yaranır: FHN bu adamı qrup marağının təmin edilməsi üçün atıb, yoxsa dövləti maraqlar üçün?

Buna qiymət vermək üçüb Bəxtiyar Hacıyevin son addlmlarına diqqət edək. Həmin adam daim DİN-lə açıq konfrantasiyada olub, bu qurumun nüzuna xələl gətirən addımlar atıb, müsahibələr verib. Onda niyə FHN bunun qarşısını almayıb? Bu hakmiyyətlə balaca bir bağlantın olan kimi, adama məhz oradan təzyiq edirlər. Axı biz bu reallıqları gözəl bilirik. Onda necə olur ki, dövlətin mühüm bir qrumu bu adamı bəsləyir, digər əhəmiyyətli bir qurumu isə onunla müharibə içində olur? Nəticəni özünüz çıxarın…

Məhəmmədəli Qəribli,
Azinforum.az

Həmçinin oxuyun

Sabiq səfir Elmira Axundovanın Ramiz Mehdiyevə gizli məktubu: ŞOK adlar, heyrətləndirən məlumatlar – TAM MƏTN

Sabiq deputat, eks-səfir Elmira Axundovanın Ramiz Mehdiyevə ünvanladığı, “hörmətli Ramiz müəllim, yalnız sizin oxumağınız üçündür” …