Bazar ertəsi , May 6 2024
Ana səhifə / Manşet / General oğlu niyə yalnız poz verib, şəkil çəkdirmək lazım olanda üzə çıxır?..

General oğlu niyə yalnız poz verib, şəkil çəkdirmək lazım olanda üzə çıxır?..

Xəbər yayılıb ki, sən demə, Vardanyanın qoluna girib şəkil çəkdirən cavan oğlan Dövlət Sərhəd Xidmətinin rəhbəri, general Elçin Quliyevin oğludur. Bu “piarı” kim Elçin Quliyevə təklif edibsə, onu istəməyən adamdır. Hətta bəlkə də generalın bu ucuz şouya görə başı da ağrıyacaq. Ətraflı

Deyə bilərlər ki, bəyəm , generalın oğlu Vardanyanı həbs edə bilməz? Bilər, ancaq birinci fotoda, Vardanyanın həbs edilmə anında biz nədənsə, Vardanyanın qoluna girən cavan oğlanı heç görmürük. Deməli, generalın oğlu yalnız poz verib, şəkil çəkdirmək lazım olanda ortaya çıxıb. DSX-nın öz loqosu ilə yaydığı fotoda generalın oğlu Məmməd Quliyevin və polkovnik Azər Şirinovun Vardanyanın qoluna girdiyi əks olunur.

Belə bir həssas məqamda, 200-ə yaxın şəhidin kim olduğu yenicə dəqiqləşdiyi bir gündə, bu cür böyük bir uğuru hansısa generalın oğlunun adına yazmaq cəhdinin bir adı var-BİABIRÇILIQ!

Bəlkə də, Elçin Quliyevin heç bu şəkilin çəkilməsindən xəbəri olmayıb. Tabeçiliyində olan hansısa yüksək çinli zabit ona yarınmaq üçün belə “piar” strategiyası fikirləşib. 

Ancaq qulaqlarını açıb eşitsinlər ki, bütün bu reallıqlar və onun tərkib komponenti olan Vardanyanın həbsi: Azərbaycan Dövləti, ona rəhbərlik edən Prezident, Şanlı Ordumuz, Şəhidlərimiz və Qazilərimiz hesabına mümkün olub. 

Heç olmasa, bu məsələdə kasıb-kusubun haqqına girməyin!

Məhəmmədəli QƏRİBLİ

Azinforum.az

Həmçinin oxuyun

Sabiq səfir Elmira Axundovanın Ramiz Mehdiyevə gizli məktubu: ŞOK adlar, heyrətləndirən məlumatlar – TAM MƏTN

Sabiq deputat, eks-səfir Elmira Axundovanın Ramiz Mehdiyevə ünvanladığı, “hörmətli Ramiz müəllim, yalnız sizin oxumağınız üçündür” …