Ana səhifə / Kriminal / Əvəz Zeynallı Prokurorluğu məhkəməyə verdi

Əvəz Zeynallı Prokurorluğu məhkəməyə verdi

“Xural” Media Qrupunun rəhbəri Əvəz Zeynallı Baş Prokurorluğun İstintaq idarəsini məhkəməyə verib.

Baş Prokurorluğun İstintaq İdarəsinin Əvəz Zeynallının ailəsi ilə görüşünə və telefon danışıqlarına məhdudiyyətin aradan qaldırılması ilə bağlı vəsatətə 4 noyabr, saat 11:00-da Binəqədi Rayon Məhkəməsində baxılacaq.

Qeyd edək ki, sentyabrın 7-də haqqin.az saytı Əvəz Zeynallının Rasim Məmmədovun ailəsini şantaj edərək 20 min manat pul alması barədə məlumat və səs yazısı yayıb.

Bununla əlaqədar Baş Prokurorluq tərəfindən cinayət işi başlanılıb, Əvəz Zeynallı və Rasim Məmmədovun vəkili Elçin Sadıqov həbs olunub.
Sentyabrın 17-də isə məhkəmə Elçin Sadıqovun həbsdə qalması üçün əsaslar olmadığı qənaətinə gələrək onun ev dustaqlığı şərti ilə azadlığa buraxılmasına qərar verib.

Həmçinin oxuyun

HƏBSDƏ OLAN GENERAL PULLARI KİMƏ VERİB? – Talıbovla bağlı ifadəsini dəyişdi

Naxçıvan Muxtar Respublikası Penitensiar Xidmətinin sabiq rəisi general-mayor Tofiq Həsənov Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin hökmü …