Ana səhifə / Kriminal / Əhalinin gəlirləri 7,3 faiz artıb

Əhalinin gəlirləri 7,3 faiz artıb

Yanvar-may aylarında əhalinin nominal gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 7,3 faiz artaraq 18613,9 milyon manata çatıb, onun hər nəfərə düşən həcmi orta hesabla 1917,5 manat təşkil edib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu dövr ərzində gəlirlərin 86,7 faizi son istehlak xərclərinə, 8,5 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 2,0 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 2,8 faizi isə yığıma yönəldilib. Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 17025,0 milyon manatlıq vəsait qalıb.

Həmçinin oxuyun

Beynəlxalq Bankın keçmiş rəhbərinin həbsdə aclığa başlayıb

15 ilə yaxın Beynəlxalq Banka rəhbərlik etmiş, 2015-ci ilin dekabrından həbsdə olan Cahangir Hacıyevin aclıq …

Bir cavab yazın