Cümə axşamı , May 9 2024
Ana səhifə / Kriminal / “Yaşar Nurinin əşyalarını bağdan oğurlayıblar”

“Yaşar Nurinin əşyalarını bağdan oğurlayıblar”

Bu gün mərhum Xalq artisti Yaşar Nurinin anım günüdür.

Aktyorun həyat yoldaşı Rəhimə xanım “Səhər mərkəzi” proqramına müsahibə verib. O, Y.Nurinin oğurlanan əşyalarından bəhs edib:

“O, dünyasını dəyişəndə yarımçıq qalan bağ evimiz var idi. Yaşar müəllimin əşyalarını oraya yerləşdirdik. İki il əvvəl bağ evimizdə oğurluq hadisəsi olub. Onun əşyalarının bir neçəsi oğurlanıb. Elə biliblər qızıldır, götürüblər. Nəfəs aparatını saxlamışam. Həmin otağa daxil olanda təskinlik tapıram”.

Yaşar Nurinin dünyasını dəyişdiyi günü xatırlayan Rəhimə xanım “Bizim çağırdılar, getdim ki, həkim ağlayır. Dedim ki, onu girib elə görə bilmərəm, Yaşar həyatımda da canlı qalmalıdır. Onu ölü görsəm, həyat bağlanacaq mənim üçün” sözlərini əlavə edib. Axşam.az

Həmçinin oxuyun

Ali Məhkəmə Mövlam Şıxəliyevin ailə üzvlərinin adına olan əmlakları müsadirə etmədi 

Ali Məhkəmənin cinayət kollegiyasında hakim Nazim Mövsümovun sədrliyi ilə Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə …