Ana səhifə / Kriminal / Xudayar Yusifzadəni təhqir edənin döyülməsilə bağlı DİN-dən AÇIQLAMA

Xudayar Yusifzadəni təhqir edənin döyülməsilə bağlı DİN-dən AÇIQLAMA

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkə istifadəçisi Fuad Rəsulzadənin döyülməsi ilə bağlı yayılan görüntülərə münasibət bildirib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad HAcıyev Modern.az-a bildirilib ki, yayılan videogörüntülərdən xəbərdardırlar.

“Videogörüntülərdən məlumatlıylıq. Vətəndaşa fiziki təzyiq göstərməklə onu döyməkdə şübhəli şəxslərin müəyyən olunması istiqamətində müvafiq tədbirlər davam etdirilir. İctimaiyyətə əlavə məlumat veriləcək”.

Qeyd edək ki, Tvitterdə “Əhməd” adlı hesabdan “Xudayar çoxdandı təzə mahnı buraxmır” deyə ironik paylaşım edilib. Fuad Rəsulzadə həmin sözləri özünün yazdığını açıqlayıb.

Daha sonra sosial şəbəkələrdə F.Rəsulzadənin döyülməsini əks etdirən görüntülər yayılıb.

Həmçinin oxuyun

HƏBSDƏ OLAN GENERAL PULLARI KİMƏ VERİB? – Talıbovla bağlı ifadəsini dəyişdi

Naxçıvan Muxtar Respublikası Penitensiar Xidmətinin sabiq rəisi general-mayor Tofiq Həsənov Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin hökmü …