Ana səhifə / Kriminal / Vilyam Hacıyevin həbs qoyulan 5 milyonluq əmlakı – SİYAHI

Vilyam Hacıyevin həbs qoyulan 5 milyonluq əmlakı – SİYAHI

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilmiş İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin və ailə üzvlərinin 5 milyon manatlıq əmlakları üzərinə həbs qoyulub.
İstintaq orqanı tərəfindən həbs qoyulmuş sözügedən əmlakların siyahısını təqdim edirik:
Bakı şəhərində yerləşən mənzil;
Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 4 fərqli mənzil;Sabunçu rayonu, Nardaran qəsəbəsində bağ evi;
Vilyam Hacıyevin oğlu Məhəmməd Hacıyevin adına rəsmiləşdirilmiş “Rance Rover” markalı avtomobil və ailəsinə məxsus daha 3 avtomobil.
Xatırladaq ki, sabiq icra başçısının cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırma davam etdirilir. O, Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə ittiham olunur.
Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə əmlakların dövlət nəfinə müsadirə edilib-edilməməsinə qərar veriləcək. APA

Həmçinin oxuyun

HƏBSDƏ OLAN GENERAL PULLARI KİMƏ VERİB? – Talıbovla bağlı ifadəsini dəyişdi

Naxçıvan Muxtar Respublikası Penitensiar Xidmətinin sabiq rəisi general-mayor Tofiq Həsənov Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin hökmü …