Bununla bağlı qanun layihəsi Milli Məclisə təqdim edilib. Təkliflərə münasibət bildirən Banklar Assosiasiyasının sədri Zakir Nuriyev bu fəaliyyət növünün genişlənməsinin vacibliyinə diqqət çəkib.

Valyuta mübadiləsi lisenziyalaşdırılmış sahibkarlıq növü olaraq qeydə alınacaq və buna görə rüsum tətbiq olunacaq. Rüsumun 500 manat olacağı gözlənilir. Ancaq valyuta mübadiləsi ilə məşğul olmaq istəyənlər üçün başqa tələblər də var.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və aprelin 25-də müzakirəyə çıxarılacaq.