Ana səhifə / Kriminal / Şimali Kiprdə Azərbaycan vətəndaşının meyiti tapıldı

Şimali Kiprdə Azərbaycan vətəndaşının meyiti tapıldı

Şimali Kiprdə Azərbaycan vətəndaşının meyiti tapılıb.

“Qafqazinfo”nun məlumatına görə, bu barədə Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu özünün “Facebook” səhifəsində xəbər verib:

“Girne şəhəri, Alsancaq qəsəbə polis şöbəsi ilə əlaqə saxladıq. Azərbaycan vətəndaşı Sabit Qazıyevin Kofalı yaşayış massivində tək yaşadığı həyət evində gecə saat 3:00 radələrində cəsədi aşkarlanıb. Mərhumun cəsədi Lefkoşa Dr. Burhan Nalbandoğlu xəstəxanasına tibbi ekspertizaya aparılıb. Ölüm səbəbi səhər dəqiqləşəcək. Cəsəd üzərində hər hansı təzyiq aşkarlanmayıb. Polis hazırda xüsusi tədqiqat aparır”.

Həmçinin oxuyun

HƏBSDƏ OLAN GENERAL PULLARI KİMƏ VERİB? – Talıbovla bağlı ifadəsini dəyişdi

Naxçıvan Muxtar Respublikası Penitensiar Xidmətinin sabiq rəisi general-mayor Tofiq Həsənov Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin hökmü …