Ana səhifə / Kriminal / “Şahdəniz”də problem yarandı, Azərbaycandan qaz kəsildi, Rusiyadan aldıq…”

“Şahdəniz”də problem yarandı, Azərbaycandan qaz kəsildi, Rusiyadan aldıq…”

Gürcüstanın energetika nazirinin müavini mart ayının əvvəllərində Azərbaycanın “Şahdəniz” qaz yatağında problem yarandığını və nəticədə Gürcüstana Azərbaycan qazının təchizatının dayandırıldığını açıqlayıb. Virtualaz.org Gürcüstan KİV-lərinə istinadən xəbər verir ki, nazir müavini Mariam Valişvili problemin nədən ibarət olduğu haqda danımayıb, ancaq Azərbaycandan qaz təchizatının dayandırılmasına görə Rusiyadan qaz aldıqlarını deyib.

“Ayın əvvəllərində “Şahdəniz” yatağında problemlər oldu və bizdə Azərbaycan ərazisindən qaz təchizatı iki-üç gün ərzində praktiki olaraq məhdudlaşdı. Əlbətdə, biz bu halda istehlakçıların qaz təchizatını məhdudlaşdıra bilməzdik və “Qazprom”la əvvəldən bağladığımız müqavilə çərçivəsində nəzərdə tutulan və konkret şərtlərdə istifadə olunmağa hesablanan qaz həcmindən istifadə etdik”-Valişvili bildirib.

Nazir müavini bildirib ki, martın əvvəllərində Rusiyadan alınan əlavə qaz həcmindən başqa Gürcüstan yanvar-fevral aylarında “Qazprom eksport”dan 100 milyon kubmetr qaz alıb.

Xatırladaq ki, Azərbaycanda son vaxtlar əhalinin qazla təchizatında tez-tes fasilələr yaranıb, yaxud mənzillərə verilən qazın təzyiqi kəskin aşağı düşüb. “Azəriqaz” bunu hansısa təmir işləri, şəbəkənin yenilənməsi və ya qəzalarla əsaslandırıb. “Şahdəniz”də problem yarandığı barədə isə Azərbaycan rəsmilərinin hansısa açıqlamasına rast gəlinməmişdi.

Həmçinin oxuyun

Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi – VİDEO

2022-ci ilin sentyabrın 8-də saat 13 radələrində Sultan Feyzullayev kirayə yaşadığı Binə qəsəbəsindəki evdə qeyri-rəsmi …

Bir cavab yazın