Ana səhifə / Kriminal / Rütbəsi alınan polkovnikə 7 il güzəşt edildi

Rütbəsi alınan polkovnikə 7 il güzəşt edildi

Bu gün həbsdə olan MTN polkovniki Vüsal Ələkbərovun apelyasiya məhkəməsi yekunlaşıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Qədim Babayevin icraatında olan prosesdə elan edilən qərara əsasən, V.Ələkbərovun cəzası 5 ilə endirilib. Zərərçəkmişlərin mülki iddiaları təmin edilməyib.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə V.Ələkbərov 12 il müddətinə azadlıqdan məhrum edilmişdi. Məhkəmə həmçinin polkovnikin rütbəsinin əlindən alınması barədə xüsusi qərardad çıxarıb.

İttihama görə, təqsirləndirilən şəxs iş adamlarını MTN-ə gətirib, hədə-qorxu yolu ilə sahibkarların külli miqdarda pulunu ələ keçirib.

Həmçinin oxuyun

Aqil Əliyevin oğlu Tibb Universitetinin professorunu məhkəməyə verdi 

Tibb Universitetinin professoru Şahbazov Şahbaz Qara oğlu barəsində məhkəmə iddiası qaldırılıb.Məhkəmə iddiası mərhum akademik Aqil …