Çərşənbə axşamı , May 7 2024
Ana səhifə / Kriminal / Rüşvətə görə həbs edilən prokuror məhkəməyə müraciət etdi

Rüşvətə görə həbs edilən prokuror məhkəməyə müraciət etdi

İsmayıllı rayonunun sabiq prokuroru Ülvi Abbasov və prokurorun böyük köməkçisi Faiq Quliyevin barəsindəki hökmdən apellyasiya şikayəti verilib. 

Şikayət baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilib.

Təqsirləndirilən şəxslər barələrində bəraət hökmünün çıxarılmasını istəyirlər.

Məhkəmənin ilkin baxış iclasının tarixi yaxın günlərdə məlum olacaq.

Qeyd edək ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Ü. Abbasov 9 il, F. Quliyev isə 8 il müddətinə azadlıqdan məhrum edilib. (Oxu.az)

Həmçinin oxuyun

Bakıda 41 yaşlı prokuror yol qəzasında vəfat etdi

Bakıda prokuror yol qəzasında vəfat edib. “ Azinforum.az ” xəbər verir ki, hadisə bu gün …