Çərşənbə axşamı , May 7 2024
Ana səhifə / Kriminal / Rüşvətə görə təqsirləndirilən müstəntiq Nicat Acalovun məhkəməsi oldu: “Əlimizdə səs yazıları var…”

Rüşvətə görə təqsirləndirilən müstəntiq Nicat Acalovun məhkəməsi oldu: “Əlimizdə səs yazıları var…”

Dövlət Sərhəd Xidmətinin (DSX) İstintaq İdarəsində illərlə müxtəlif cinayətlərin istintaqını aparmış müstəntiq Nicat Acalov özü indi ağır cinayətdə ittiham olunur. O, hazırda həbsdə olmasa da, Bakı Hərbi Məhkəməsində mühakimə edilir. Təxminən bir ay öncə onun işi üzrə məhkəmə araşdırmaları başlayıb Növbəti proses bu gün- aprelin 3-də, hakim Aslan Kalbalıyevin sədrliyi ilə keçirilib. Acalov icraatındakı cinayət işlərindən biri üzrə təqsirləndirilən şəxsin – Faiq Məmmədovun qohumlarından 25 min manat rüşvət almaqda ittiham olunur.

Narkotik ittihamı ilə həbsdə olan Faiq Məmmədov Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 13 il azadlıqdan məhrum edilib. Apellyasiya məhkəməsi də hökmü qüvvədə saxlayıb. Hazırda onun işi Ali Məhkəmədədir.

Faiq Məmmədovun anası – Məhsəti Məmmədova Azinforum.az-a bildirib ki, bu gün onun digər oğlu Şaiq Məmmədov, özü və iş izrə şahid kimi tanınan Vüqar İmanov məhkəmədə şahid qismində ifadə veriblər: “ Biz hadisənin necə olduğu ilə bağlı ətraflı məlumat verdik. Sonra dövlət ittihamçısı və Nicat Acalovun vəkilinin suallarını cavablandırdıq. Nicat Acalov olan bəzi faktları inkar etdi. Biz əlimizdə səs yazısından ibarət subutların olduğunu bildirdik. Həmin subutları bizdən istədilər. Dedim ki, telefonumuzu əlimizdən aldıqları üçün, həmin subutları təqdim edə bilməyəcəyik. İstənilən vaxt həmin səs yazılarını məhkəməyə təqdim edə biləcəyimizi də bildirdik. Nicat Acalov bizə heç bir sualının olmadığını dedi. Növbəti məhkəmə prosesi aprel ayının 17-sinə təyin edildi”.

Azinforum.az


Həmçinin oxuyun

“Badamdar Hotel”də külli miqdarda yeyinti – Cinayət işi açıldı

“Badamdar Estates” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) məxsus “Badamdar Hotel & Residences”də külli miqdarda mənimsəmə faktı …