Ana səhifə / Kriminal / Rusiyada saxta içkiyə görə saxlanılan azərbaycanlı danışdı: “Özüm içmirəm”

Rusiyada saxta içkiyə görə saxlanılan azərbaycanlı danışdı: “Özüm içmirəm”

Rusiyanın Orenburq vilayətində saxta içkidən kütləvi zəhərlənmədən sonra polis reydlər keçirib.

Belə reydlərin birində Sankt-Peterburqda Suzdal prospektində saxta içki hazırlayan qaraj aşkarlanıb.

Qarajda istehsalla məşğul olan şəxs 32 yaşlı azərbaycanlıdır.

O, Rusiyaya 5 il əvvəl gəldiyini və əvvəlcə yükdaşıyan işlədiyini deyib. Azərbaycanlının sözlərinə görə, hazırda o, “araq bağlayır” və hər gün işlədiyi sexdə 10-15 qutu saxta içki hazırlayır.

Polisin “İnsanların bundan zəhərləndiyini bilirsinizmi” sualına saxlanılan şəxs “yox” cavabını verib və özünün içmədiyini əlavə edib.

https://ok.ru/videoembed/2866748459626

Həmçinin oxuyun

Beynəlxalq Bankın keçmiş rəhbərinin həbsdə aclığa başlayıb

15 ilə yaxın Beynəlxalq Banka rəhbərlik etmiş, 2015-ci ilin dekabrından həbsdə olan Cahangir Hacıyevin aclıq …