Bazar ertəsi , May 13 2024
Ana səhifə / Kriminal / Ramiz Zeynalovun “dələduz qohumu” yenidən məhkəmə qarşısında

Ramiz Zeynalovun “dələduz qohumu” yenidən məhkəmə qarşısında

Bakıda dələduzluqda təqsirli bilinən Bəxtiyar Yusifovun barəsindəki hökmdən kassasiya şikayəti verilib.


Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət hakim Vidadi Cəfərovun sədrliyi ilə araşdırılacaq.


Məhkəmənin ilkin hazırlıq iclası dekabrın 21-nə təyin edilib.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə B.Yusifov 8 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Bakı Apellyasiya Məhkəməsində şikayəti təmin etməyib.

Qeyd: Cinayət işi üzrə iki nəfər zərərçəkmiş var. Belə ki, təqsirləndirilən B.Yusifov zərərçəkmiş Cavid Mehralıyevdən qardaşı Yaşar Mehralıyevi prokurorluq orqanında texniki işçi kimi işə düzəltdirəcəyi vədini verib. O, buna görə ondan ümumilikdə 59 min manat pul alıb. Bundan başqa, B.Yusifov Y.Mehralıyevin hərbi biletində yararsız qeydinin yararlı qeydi ilə əvəz etdirəcəyi və Xətai Rayon Polis İdarəsinə polis nəfəri kimi işə düzəltdirmək vədini verib. O, buna görə həmin şəxsin ümumilikdə 81 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib. İttihama görə, B.Yusifov həmin şəxslərə özünü Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin rəisi polis general-mayoru Ramiz Zeynalovun qohumu kimi təqdim edib.

Həmçinin oxuyun

Beynəlxalq axtarışda olan 5 nəfər Azərbaycana ekstradisiya edildi

Beynəlxalq axtarışda olan 5 nəfər şəxsin ölkəmizə ekstradisiyası təmin edilib.Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti …