Ana səhifə / Kriminal / Qəbələdə öldürülən 23 yaşlı Aytacın FOTOSU

Qəbələdə öldürülən 23 yaşlı Aytacın FOTOSU

Qəbələdə 23 yaşlı Aytac Əliyevanın ərinin sevgilisinin rəfiqəsi tərəfindən öldürülməsi barədə xəbər vermişdik.

“Qafqazinfo” dəhşətli şəkildə qətlə yetirilən Aytacın fotosunu əldə edib.
Qeyd edək ki, araşdırmalarla Qəbələ rayonu ərazisində Kemale Maksumbekovanın 2008-ci il təvəllüdlü azyaşlı oğlu ilə birlikdə şəxsi münasibətlər zəminində 1999-cu il təvəllüdlü Aytac Əliyevanın baş nahiyyəsinə daşla xəsarət yetirdikdən sonra yapışqanla baş və boyun nahiyyəsini bağlaması nəticəsində sonuncunun boğularaq ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Məlumata görə, Kemale Aytacın ərinin sevgilisinin rəfiqəsi olub. Sevgilisi Aytacın əri ilə evlənmək istəsə də, o, arvadından boşanmaq niyyətində olmayıb. Qətlin rəfiqələr arasında baş verən problemə görə baş verdiyi ehtimal olunur. İlkin məlumata görə, hadisə zamanı Aytacın hərbçi əri evdə olmasa da, onların azyaşlı övladı mənzildə olub.

İstintaq tədbirləri davam etdirilir.

Qəbələdə öldürülən 23 yaşlı Aytacın FOTOSU

Həmçinin oxuyun

HƏBSDƏ OLAN GENERAL PULLARI KİMƏ VERİB? – Talıbovla bağlı ifadəsini dəyişdi

Naxçıvan Muxtar Respublikası Penitensiar Xidmətinin sabiq rəisi general-mayor Tofiq Həsənov Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin hökmü …