Çərşənbə , May 1 2024
Ana səhifə / Kriminal / Qubada yanğının söndürülməsinə 2 helikopter cəlb olunub

Qubada yanğının söndürülməsinə 2 helikopter cəlb olunub

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Quba rayonunun Çayqışlaq yaxınlığında dağlıq ərazidə yanğın olması barədə məlumat daxil olub.

Nazirlikdən “Qafqazinfo”ya verilən xəbərə görə, mürəkkəb relyefli yüksək dağ massivində aparılan yanğınsöndürmə işlərinə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Aviasiya dəstəsinin 2 ədəd “Mi-17” helikopteri, Mülki müdafiə qoşunlarının və Şimal Regional Mərkəzinin şəxsi heyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Rayon İcra Hakimiyyətlərinin əməkdaşları və yerli sakinlərdən ibarət könüllülər cəlb edilib.

İlkin məlumata görə, qeyd olunan ərazidə quru ot və kol-kos yanır.

Əlavə məlumat veriləcək.

Həmçinin oxuyun

Əri tərəfindən başı kəsilən Sevincin üç yaşında qızı olub – VİDEO

Abşeron rayonunun Xırdalan şəhəri, Nəsibə Zeynalova küçəsində qətl hadisəsi baş verib. 48 yaşlı Sevinc Əhmədağayevanın …