Cümə axşamı , May 9 2024
Ana səhifə / Kriminal / Qayınata ərinə xəyanət edən gəlinini güllələdi

Qayınata ərinə xəyanət edən gəlinini güllələdi

Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində qısqanclıq zəminində qətl hadisəsi baş verib.

Report-un məlumatına görə, 1993-cü il təvəllüdlü M.A. Xanağa qızı qonşuluqda yaşayan şəxslə həyat yoldaşına xəyanət edib.

Bunu bilən A.M-in qayınatası gəlinini qoşalülə tüfəngi ilə başından güllələyərək qətlə yetirib. Hadisə yerinə Sabunçu Rayon Polis İdarəsi və Prokurorluğunun əməkdaşları cəlb edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Həmçinin oxuyun

“Sədərək”in sahibinin oğlunun evindən külli miqdarda oğurluq – Günahkarın cəzası niyə azaldıldı?

“Sədərək” Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəylinin oğlunun evindən külli miqdarda oğurluq etməkdə təqsirləndirilən Ruzan Cabbarovanın …