Ana səhifə / Kriminal / Polis şöbəsinin qarşısında faciə: maşından düşən kimi öldü

Polis şöbəsinin qarşısında faciə: maşından düşən kimi öldü

Dünən Kürdəmir rayonunda polis tərəfindən saxlanılan şəxs qəfil vəfat edib.

Publika.az xəbər verir ki, rayon ərazisində bir qrup şəxs arasında dava-dalaş olub. Hadisə yerinə gələn post-patrul xidmətinin əməkdaşları davada iştirak edən Kürdəmir şəhər sakini, 1961-ci il təvəllüdlü Elşən İbişovu saxlayaraq rayon polis şöbəsinə gətiriblər. “Fiat Doblo” markalı post-patrul maşını şöbənin qarşısına çatanda E.İbişov maşından düşürülüb və bir neçə addım atandan sonra o yıxılaraq ölüb.

E.İbişovun ölüm səbəbinin dəqiqləşdirilməsi üçün ekspertiza təyin edilib.

Araşdırma aparılır.

Həmçinin oxuyun

HƏBSDƏ OLAN GENERAL PULLARI KİMƏ VERİB? – Talıbovla bağlı ifadəsini dəyişdi

Naxçıvan Muxtar Respublikası Penitensiar Xidmətinin sabiq rəisi general-mayor Tofiq Həsənov Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin hökmü …