Ana səhifə / Kriminal / Ofisə basqın edib sahibkarı döyən polis rəisinin qardaşı ev dustaqlığına buraxıldı

Ofisə basqın edib sahibkarı döyən polis rəisinin qardaşı ev dustaqlığına buraxıldı

Bakının Nərimanov rayonunda yerləşən ofislərdən birinə basqın edilməsi ilə bağlı cinayət işi başlanılıb.

Ofisə basqın edərək ofis sahibi döyən Samir Qarayev barəsində Cinayət Məcəlləsinin 221.3 (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsi ilə cinayət işi başlanılıb.

Samir Qarayev idmançı dostu ilə birgə ofisə daxil olaraq sahibkarla mübahisə edib. Davayla nəticələnən mübahisə zamanı Samir Qarayev dəmir çayniklə sahibkara xəsarət yetirib.

Ofis sahibi xəstəxanaya yerləşdirilib, aldığı xəsarətlərin dərəcəsini müəyyən etmək üçün tibbi ekspertiza təyin edilib.

Samir Qarayevlə birgə ofisə basqın edən dostunun əməlində isə cinayət müəyyən olunmayıb. Samir Qarayev təqsirləndirilən şəxs qismində tanınaraq, barəsində həbs-qətimkan tədbiri seçilməsi üçün məhkəməyə çıxarılıb.

Nərimanov Rayon Məhkəməsi təqsirləndirilən şəxsin sabit yaşayış yerini olmasını və digər əsasları nəzərə alaraq həbs qətimkan tədbirinə ehtiyac görməyib. Qərara əsasən, Samir Qarayev barəsində 3 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib.

Qeyd edək ki, təqsirləndirilən Samir Qarayev Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsinin rəisi, polkovnik-leytenant Seymur Qarayevin qardaşıdır. APA

Həmçinin oxuyun

Aqil Əliyevin oğlu Tibb Universitetinin professorunu məhkəməyə verdi 

Tibb Universitetinin professoru Şahbazov Şahbaz Qara oğlu barəsində məhkəmə iddiası qaldırılıb.Məhkəmə iddiası mərhum akademik Aqil …