Ana səhifə / Kriminal / Mərkəzi Bankın İdarə Heyəti dəyişməyəcək – RƏSMİ

Mərkəzi Bankın İdarə Heyəti dəyişməyəcək – RƏSMİ

Hüquqi statusun dəyişməsi ilə əlaqədar Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti yenidən formalaşdırılmayacaq.

AMB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Mərkəzi Bankın İdarə Heyəti üzvlərinin və Mərkəzi Bankın sədrinin vəzifəyə təyin olunması qaydası Azərbaycan Respublikasının Konstitusiyası və Mərkəzi Bank haqqında qanunla tənzimlənir: “Həmin məsələlərlə bağlı qanunda hər hansı dəyişiklik edilməyib”.

Bildirilib ki, hüquqi statusun dəyişdirilməsi ilə əlaqədar Mərkəzi Bankın işçiləri ilə əmək müqavilələrinə yenidən baxılmayacaq: “Mərkəzi Bankın statusunun dəyişdirilməsi ümumilikdə bank işçiləri ilə əmək müqavilələrinin dəyişdirilməsini tələb etmir”.

Həmçinin oxuyun

Beynəlxalq Bankın keçmiş rəhbərinin həbsdə aclığa başlayıb

15 ilə yaxın Beynəlxalq Banka rəhbərlik etmiş, 2015-ci ilin dekabrından həbsdə olan Cahangir Hacıyevin aclıq …

Bir cavab yazın