Bazar ertəsi , May 6 2024
Ana səhifə / Kriminal / Müdafiə Nazirliyinin daha bir sabiq idarə rəisi saxlanıldı

Müdafiə Nazirliyinin daha bir sabiq idarə rəisi saxlanıldı

Müdafiə Nazirliyinin daha bir sabiq vəzifəli şəxsi saxlanılıb. Yerli KİV-lərin əldə etdiyi məlumata görə, nazirliyin Mənzil İstismar İdarəsinin sabiq rəisi Fikrət Mirzəyev dünən keçirilən əməliyyatla tutulub.

O, xüsusilə külli miqdarda mənimsəmədə təqsirləndirilir. Mirzəyevə qarşı Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə ittiham irəli sürülüb.

Polkovnik Fikrət Mirzəyev 2020-ci il iyun ayında MN-dəki vəzifəsindən çıxarılıb.

Qeyd edək ki, son günlər DTX Müdafiə Nazirliyində baş verən yeyintilərlə bağlı yüksək vəzifə tutmuş şəxslərin həbsi ilə nəticələnən əməliyyatlar keçirilib. (Qafqazinfo)

Həmçinin oxuyun

Toydan çıxan 2 qadını maşın vurdu – Biri öldü-Video

Bakıda ağır yol qəzası baş verib. “Qafqazinfo” xəbər verir ki, hadisə dünən saat 22:40 radələrində …