Çərşənbə , May 8 2024
Ana səhifə / Kriminal / “Lotu Quli”nin adamı saxlanıldı – Məclisə basqın edildi

“Lotu Quli”nin adamı saxlanıldı – Məclisə basqın edildi

Kriminal aləmdə “Lotu Quli” kimi tanınan Nadir Səlifovun tərəfdarı Ukraynanın Donetsk əyalətində Ukrayna Təhlükəsizlik Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Donetsk vilayətinin polis rəisi Artyom Kisko öz feysbuk hesabında məlumat yayıb. O, Gürcüstan vətəndaşı olan şəxsin Mariupol şəhərində keçirilən ad günü məclisində saxlanıldığını, onun Ukraynaya “Lotu Quli”nin tapşırığı ilə gəldiyini bildirib.

Kisko qeyd edib ki, saxlanılan şəxs Poltavada soyğunçuluq etdiyinə görə beynəlxalq axtarışda olub və bu səbəbdən Ukraynaya başqa ad, soyadla gəlib. Polis rəisi onu da bildirib ki, adı açıqlanmayan şəxs hazırda istintaq təcridxanasındadır.A

Həmçinin oxuyun

Ev dustaqlığında olan vəzifəli şəxs həbs edildi

Xəbər verdiyimiz kimi,“Gəncə Şəhər Birləşmiş Xəstəxanası” publik hüquqi şəxsin vəzifəli şəxsləri Vidadi Hüseynov, Məhəbbət Abdullayev …