Çərşənbə axşamı , May 7 2024
Ana səhifə / Kriminal / Keçmiş sevgilisinin evinə getdi, alnından vuruldu

Keçmiş sevgilisinin evinə getdi, alnından vuruldu

Ötən gün Rusiyanın Lipetsk vilayətində 35 yaşlı azərbaycanlı qətlə yetirilib. O, odlu silahdan alın nahiyəsinə açılmış atəş nəticəsində dünyasını dəyişib.

Lipetsk vilayətinin hüquq-mühafizə orqanlarından verilən məlumata görə, həmyerlimiz keçmiş sevgilisinin evinə qonaq gedib. Həmin vaxt qadının qeyri-rəsmi münasibət qurduğu yeni sevgilisi də mənzildə olub. Birlikdə süfrə arxasında oturub yeyib-içiblər. Yeni sevgilisini qonağa qısqanan 52 yaşlı mənzil sahibi qəflətən silah çıxararaq onu alnından vurub.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Həmçinin oxuyun

Bakıda hoteldə 4 nəfər zəhərləndi – 2-si öldü + Yenilənib

Bakının Səbail rayonunda yerləşən məşhur hotellərin birində dəhşətli hadisə baş verib. “ Azinforum.az ” Bakupost.az-a …