Ana səhifə / Kriminal / Keçmiş hərbi hissə komandiri Rasim Əkbərov bıçaqlanıb

Keçmiş hərbi hissə komandiri Rasim Əkbərov bıçaqlanıb

Goranboyda bıçaqlanma hadisəsi baş verib.

Belə ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

Keçmiş Milli Qəhrəman, 1956-cı il təvəllüdlü Əkbərov Rasim Ağa oğlu bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Məlumata görə, R.Əkbərovu bıçaqlayan şəxs Xaliq Məmmədov adlı gəncdir. O, polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, R.Əkbərova 1992-ci ildə “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilsə də, həbs olunandan sonra 2001-ci ildə bu addan və “Azərbaycan Bayrağı” ordenindən məhrum edilib.

O, dövlət çevrilişinə cəhddə günahlandırılmış və 15 illik həbs cəzası almışdı.

Həmçinin oxuyun

HƏBSDƏ OLAN GENERAL PULLARI KİMƏ VERİB? – Talıbovla bağlı ifadəsini dəyişdi

Naxçıvan Muxtar Respublikası Penitensiar Xidmətinin sabiq rəisi general-mayor Tofiq Həsənov Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin hökmü …