Ana səhifə / Kriminal / Kafedə öldürülən və yaralanan şəxslər DSX hərbçiləri olub

Kafedə öldürülən və yaralanan şəxslər DSX hərbçiləri olub

Dövlət Sərhəd Xidməti (DSX) kafedə qətlə yetirilən əməkdaşı barədə məlumat yayıb.
Azinforum.az xəbər verir ki, məlumatda deyilir: “Martın 16-da saat 00:30 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu baş gizir Vəliyev Cəsarət Baxış oğlu xidmətdən sonra baş vermiş hadisə nəticəsində vəfat edib.

Baş Gizir Cəsarət Vəliyev, 44 günlük Vətən müharibəsində və 12-14 sentyabr Ermənistanın genişmiqyaslı təxribatlarının qarşısının alınması zamanı döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş etdirərək “İgidliyə görə”, “Cəbrayılın azad olunmasına görə” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Baş vermiş hadisə ilə əlaqədar Baş Prokurorluq və Daxili İşlər Nazirliyi tərəfindən Dövlət Sərhəd Xidməti ilə əlaqəli şəkildə istintaq-əməliyyat tədbirləri həyata keçirilir”.
DSX vəfat etmiş hərbi qulluqçunun ailəsinə və yaxınlarına başsağlığı verib.

Qeyd edək ki, Nəsimi rayonu ərazisindəki kafedə baş vermiş davada yaralanan şəxsin də DSX hərbçisi olduğu bildirilir. Hadisəni törətməkdə şübhəli bilinən Orxan Zeynalov artıq saxlanılıb.

Həmçinin oxuyun

Beynəlxalq Bankın keçmiş rəhbərinin həbsdə aclığa başlayıb

15 ilə yaxın Beynəlxalq Banka rəhbərlik etmiş, 2015-ci ilin dekabrından həbsdə olan Cahangir Hacıyevin aclıq …