Çərşənbə axşamı , May 7 2024
Ana səhifə / Kriminal / İranlı general özünü güllələdi

İranlı general özünü güllələdi

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) “Samin ül Əimmə” qərargahının komandiri, general Qüdrətullah Mənsuri şəxsi tapançasından açılan atəş nəticəsində həyatını itirib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, hadisə dekabrın 16-sı səhər saatlarında Məşhəd şəhərində baş verib.

Qürətullah Mənsuri xidməti tapançasını təmizləyərkən atəş açılıb və o, başından aldığı güllə yarasından yerindəcə keçinib.

Bildirilir ki, o, İran-İraq müharibəsinin iştirakçılarından olub və bundan əvvəl “İmam Rza” qüvvələrinin 21-ci briqadasının, 5-ci “Nəsr” ordusunun və “Qüds” qərargahının komandiri vəzifələrində çalışıb.

Həmçinin oxuyun

Ev dustaqlığında olan vəzifəli şəxs həbs edildi

Xəbər verdiyimiz kimi,“Gəncə Şəhər Birləşmiş Xəstəxanası” publik hüquqi şəxsin vəzifəli şəxsləri Vidadi Hüseynov, Məhəbbət Abdullayev …