Ana səhifə / Kriminal / Halit Ünlü Azərbaycana 1 milyon dollarlıq kotan satacaq

Halit Ünlü Azərbaycana 1 milyon dollarlıq kotan satacaq

Türkiyənin məşhur kotan istehsalçısı Halit Ünlü Azərbaycanla bir milyonluq müqavilə bağlayıb. Virtualaz.org xəbər verir ki, bu barədə iş adamı “Anadolu” agentliyinə verdiyi müsahibədə bildirib.

15 il öncə əkinçilik texnikası istehsalçısının yanında usta kimi işə başlayan H.Ünlü qeyd edib ki, genişləndirdiyi şirkəti 12 ölkəyə, o cümlədən Azətbaycana kotan ixrac edir.

Zaman keçdikcə dizaynını inkişaf etdirdiyini, kotanın yanacaq qənaəti təmin edən modellərini çıxararaq sektordakı yerini sağlamlaşdırdığını dilə gətirən iş adamı bildirib ki, 3 nəfərlə başladığı biznesi böyüyərək 2 fabrik və 300 işçini əhatə edir.

“İstehsala 3 nəfərlə başladıq, bu gün iki fabrikimizdə təxminən 300 işçi çalışır. Manisada daha bir şirkət açırıq. Burada xüsusilə ixracat məhsulları istehsal edəcəyik. Yunanıstan, Bolqarıstan, Rumıniya, Moldova, Rusiya, Ukrayna, İran, İraq, Mərakeş, Əlcəzair, Özbəkistan və Azərbaycana ixrac edirik. Son olaraq Azərbaycanda təxminən 1 milyon dollarlıq tenderdə qalib olduq. Bu tenderlə həm Türkiyənin, həm də Azərbaycanın ən böyük kotan təchizatçısı olduq. Qarşıdan gələn ildə keçiriləcək tenderlərə də iddialıyıq”, – deyə H.Ünlü bildirib.

 

Həmçinin oxuyun

HƏBSDƏ OLAN GENERAL PULLARI KİMƏ VERİB? – Talıbovla bağlı ifadəsini dəyişdi

Naxçıvan Muxtar Respublikası Penitensiar Xidmətinin sabiq rəisi general-mayor Tofiq Həsənov Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin hökmü …

Bir cavab yazın