Ana səhifə / Kriminal / Həbs olunan saxta həkim özünü belə müdafiə etdi: Əvvəllər yastıq tikmişdim…

Həbs olunan saxta həkim özünü belə müdafiə etdi: Əvvəllər yastıq tikmişdim…

Türkiyədə həbs olunan saxta həkimin məhkəməsi baş tutub. 

Tekirdağ şəhərinin Çerezköy Dövlət Xəstəxanasında saxta diplomla işləyən Ayşe Özkirazın özünü müdafiə etmək üçün söylədiyi sözlər gündəm olub. Ayşe Özkiraz heç vaxt resept yazmadığını bildirib və pasientinə 1 dəfə tikiş atdığını etiraf edib.

“Fakültədə daha əvvəl tikiş atılma dərsini görmüşdüm. Həkim yastıq üzərində tikiş məşqləri etməyimi istəmişdi. İynə-sapla yastığı tikmişdim”, – Ayşe Özkiraz deyib.

Qeyd edək ki, 21 yaşlı Ayşe Özkirazı 13 ilə qədər həbs cəzası gözləyir.

Musavat.com

Həmçinin oxuyun

Müşfiq Atakişiyevə 14 il 6 ay həbs cəzası verildi

“Təfəkkür” Universitetinin prorektoru Tariyel Əhmədovun qətli ilə bağlı məhkəmə araşdırması başa çatıb. “Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır …