Çərşənbə axşamı , May 14 2024
Ana səhifə / Kriminal / Feysbukda dolların “qara bazar”ı yaradılıb

Feysbukda dolların “qara bazar”ı yaradılıb

Azərbaycanda internet üzərindən də “qara bazar” yaradılıb.

Qafqazinfo” xəbər verir ki, facebook üzərindən yaradılan “Exchange Azerbaijan” qrupunda dolların alış və satışı həyata keçirilir. Bildirilir ki, bu qrup tez bir zamanda lazım olan valyutanı, banka ehtiyac duymadan, bank axtarmadan və ya bankda sıra gözləmədən rahat bir şəkildə buradan satıcını taparaq mübadilə edə bilməniz üçün yaradılıb. Dollar almaq istəyən dollar satanı, manat almaq istəyən manat satanı tapsın deyə hazırlanıb. Qrupda bankların gündəlik dollar alış və satış kursları qeyd olunsa da, virtual “qara bazar” iştirakçıları valyutanı hansı məzənnə ilə satdıqlarını açıq şəkildə qeyd etmirlər.

Qeyd edək ki, eyni adlı səhifə instagramda da yaradılıb. Hətta səhifənin android sistemində proqramı da mövcuddur.

Xatırladaq ki, ötən gündən etibarən ölkədə “qara bazar” ın qarşısını almaq üçün ciddi əməliyyatlar aparılır. Belə ki, dolları kütləvi şəkildə “qara bazar” a çıxarmaqda şübhəli bilinən Beynəlxalq Bankın rəhbəri Elmar Məmmədov ötən gün vəzifəsindən azad edilib.

Günel Türksoy

Feysbukda  dolların “qara bazar”ı yaradılıb
Feysbukda  dolların “qara bazar”ı yaradılıb

Həmçinin oxuyun

Müsavat partiyasının fəalını iş yoldaşı öldürdü

İtkin düşmüş Natiq Mehdi Məhəmməd oğlunun itkin düşmüş polis daxil olmuş müraciet üzrə araşdırma aparılıb. …

Bir cavab yazın