Ana səhifə / Kriminal / Fermerlər məhsullarını sərfəli qiymətə sata bilmirlər – EKSPERT

Fermerlər məhsullarını sərfəli qiymətə sata bilmirlər – EKSPERT

Prezident İlham Əliyev şəkər çuğunduru istehsalının stimullaşdırılması haqqında fərman imzalayıb.

Aqrar sahə üzrə ekspert Vahid Məhərrəmov deyir ki, problem ondan ibarətdir ki, ölkədə bir şəkər emalı zavodu var: “Rəqabət mühiti yoxdur. Bir çox hallarda görürük ki, bizim fermerlər istehsal etdikləri məhsulu həmin müəssisəyə təqdim etməyə çətinlik çəkirlər. Əvvəllər elə hallar olurdu ki, onların arasında müqavilə bağlansa da, malı almırdılar. Son zamanlar bu sahə ilə məşğul olanların sayı nisbtən artıb”.

“İmkan yaradılmalıdır ki, fermerlər istehsal etdikləri məhsulu onlara sərf edən qiymətə seçim edərək sata bilsinlər. Bir müəssisə ilə işləyəndə müəssisə qiyməti diktə edir, cürbəcür bəhanələr gətirirlər. Ölkədə məhsuldarlıq kifayət qədər yaxşıdır. Bu Dövlət Statistika Komitəsinin hesabatınında da qeyd olunub” – deyə o bildirib. (Sputnik)

Həmçinin oxuyun

Beynəlxalq Bankın keçmiş rəhbərinin həbsdə aclığa başlayıb

15 ilə yaxın Beynəlxalq Banka rəhbərlik etmiş, 2015-ci ilin dekabrından həbsdə olan Cahangir Hacıyevin aclıq …

Bir cavab yazın