Ana səhifə / Kriminal / Etibarnaməni saxtalaşdıran şirkət rəhbərinə hökm oxundu

Etibarnaməni saxtalaşdıran şirkət rəhbərinə hökm oxundu

Bakı Apellyasiya Məhkəməsində rəsmi sənədləri saxtalaşdırmada təqsirləndirilən Zamin Qafarovun (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Həsən Əhmədovun sədrliyi ilə keçiriləcək prosesdə qərar elan olunub.
 

Qərara əsasən, şikayət təmin edilməyib. 
 

İttihama görə, Zamin Qafarov 2023-cü ilin mart ayının sonlarında istintaqa məlum olmayan tarix və saatda paytaxt ərazisində fəaliyyət göstərən, direktoru olduğu şirkətlərin birinin ofisində digər MMC-dən 11 mart 2022-ci il tarixli daxili lizinq müqaviləsi əsasında əldə etdiyi “Kia Optima” markalı avtomobilə dair həmin lizinq şirkətinin direktoru tərəfindən ona verilib. 

Belə ki, o, avtomobil idarə etmək hüququ verən, rəsmi sənəd hesab olunan etibarnamədə nömrə və tarix qeyd edilmiş, eləcə də, hansı müddətə verilməsi göstərilmiş hissələri kompüterdə qrafik proqram təminatından istifadə etməklə dəyişdirib, hansı müddətə verilməsi hissəsində isə müddət yazılarını qeyd etməklə özünə məxsus printer vasitəsilə çap edib. Beləliklə, şirkət rəhbəri hüquq verən rəsmi sənəd hesab olunan etibarnaməni istifadə etmək məqsədilə saxtalaşdırmaqla qanunsuz hazırlayıb. Zamin Qafarov 20 aprel 2023-cü il tarixdə Bakı şəhəri Suraxanı rayonu ərazisində istintaqa məlum olmayan ünvanda idarə etdiyi qeyd edilən avtomobili saxlatmış Suraxanı Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin yol-patrul xidməti əməkdaşına həmin saxtalaşdırmaqla qanunsuz hazırladığı etibarnaməni təqdim edib. Bu zaman etibarnamənin saxtalaşdırıldığı məlum olub və şirkət rəhbəri cinayət məsuliyyətinə cəlb olunub.

Suraxanı Rayon Məhkəməsinin hökmü ilə ona 5000 manat məbləğində cərimə növündə cəza təyin edilib.

Həmçinin oxuyun

HƏBSDƏ OLAN GENERAL PULLARI KİMƏ VERİB? – Talıbovla bağlı ifadəsini dəyişdi

Naxçıvan Muxtar Respublikası Penitensiar Xidmətinin sabiq rəisi general-mayor Tofiq Həsənov Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin hökmü …