Bazar ertəsi , May 13 2024
Ana səhifə / Kriminal / Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən şəxs 17 il 6 ay azadlıqdan məhrum edilib

Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən şəxs 17 il 6 ay azadlıqdan məhrum edilib

Aydın Zəkiyev məhkəmədə dindirilərkən ittihamda yazılanların doğru olmadığını bildirib

Ermənistan xüsusi xidmət orqanlarıyla əməkdaşlıqda, onların tapşırığıyla Azərbaycanda milli zəmində nifrət və düşmənçilik yaymağa cəhddə ittiham olunan Aydın Zəkiyevə noyabrın 30-da hökm oxunub. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyilə çıxarılan hökmə əsasən, o, 17 il 6 ay azadlıqdan məhrum edilib.

1970-ci il təvəllüdlü Aydın Zəkiyev Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 281 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələrilə təqsirli bilinib.

İttihama əsasən, Aydın Zəkiyev Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşı olan şəxslərlə sosial şəbəkələr vasitəsilə əlaqə saxlayıb. Ona başqa şəxsləri də məxfi əməkdaşlığa cəlb etmək, ölkədə etnik zəmində qarşıdurma yaratmaq və s. tapşırıqlar verib. Onların arasında vaxtilə Bakıda yaşamış ermənilər də olub. Azərbaycanda etnik zəmində münaqişə yaratmaq üçün Aydın Zəkiyevə xüsusi hazırlanmış mətnlər göndərilib ki, o da sosial mediada yaysın.

Həmçinin oxuyun

Beynəlxalq axtarışda olan 5 nəfər Azərbaycana ekstradisiya edildi

Beynəlxalq axtarışda olan 5 nəfər şəxsin ölkəmizə ekstradisiyası təmin edilib.Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti …